Avtobus sürücüsünün telefonunu oğurladılar

avtobus-surucusunun-telefonunu-ogurladilar
Oxunma sayı: 639

Bakıda marşrut avtobusundan oğurluq edilib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, 34-cü Polis Bölməsinə müraciət edən 1992-ci il təvəllüdlü Həsənov Tural Nizami oğlu bildirib ki, naməlum şəxs onun telefonunu idarə etdiyi avtobusdan oğurlayıb. Şikayətçinin sözlərinə görə, M.Hadi küçəsində 245 saylı xətt üzrə hərəkət edən avtobusu saxlayaraq bir neçə dəqiqəlik mağazaya gedib. Qayıtdıqda isə sürücü cərəyan yığmağa qoyduğu “Samsung” markalı telefonunun götürüldüyünü görüb.

Araşdırma aparılır.