Taylandda miqrantları daşıyan avtobus yanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin qərbindəki Tek şəhərində qeydə alınıb.
Məlumata əsasən, Myanmalı qaçqınları daşıyan avtobusda yanğın baş verib. Nəticədə 20 nəfər yanaraq ölüb. Daha 1 nəfər isə yaralanıb. 27 sərnişin isə avtobusu vaxtında tərk edə bilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər