“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Darülaceze prospektində Eminönü-Çıksalın avtobusunun qarşısı kəsilib. Sürücü və sərnişinlər avtobusdan aşağı endirilib, ictimai nəqliyyata Molotov kokteyli atılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb.
Avtobus sürücüsü Harun Kılıç hücumçuların qapıları açaraq bütün sərnişinləri aşağı endirdiyini, özü də endikdən sonra avtobusa molotov kokteyli atıldığını bildirib. Kılıç yanan avtobusu söndürməyə çalışıb. Maskalı şəxlər hadisə yerindən uzaqlaşıb.
Əraziyə təhlükəsizlik orqanları cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər