Avtobusda oğurluq edən tutuldu

avtobusda-ogurluq-eden-tutuldu
Oxunma sayı: 665

Sabunçu RPİ PPXB və 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Yaşar Əsgərov martın 9-da tutulub.

Mart;n 9-da Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olanlar Azad Zəliyev və Arif Əliyev tutulub.

2011-ci il sentyabrın 28-də 81 saylı avtobusda Bakı şəhər sakini Zərqələm Fərhadovanın əl çantasından 255 manat, dekabrın 23-də isə Naxçıvanski küçəsində yerləşən bazarda Tofiqə Məmmədovanın əl çantasından 217 manat oğurlanıb. Suraxanı RPİ CAŞ və 32-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zenfira Şabanova martın 9-da tutulub.

Xətai rayon sakini Emin Qasımovun evindən fevralın 9-da açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlanıb. Matın 9-da Xətai RPİ CAŞ və 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səbuhi Məmmədli tutulub.