Avtobusda oğurluq etdi, tutuldu

avtobusda-ogurluq-etdi-tutuldu
Oxunma sayı: 1095

Bakıda sərnişin avtobusunda pul oğurlamış şəxs tutulub.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsi 29-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də 211 saylı xətt avtobusunda Bakı şəhər sakini Azər Seyfullayevin cibindən 167 manat pul oğurlamış Sumqayıt şəhər sakini Hüseyn Şükürov tutulub.

Araşdırma aparılır.