Gəncədə qadınlara qarşı cibgirlik edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə ŞBPİ Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Rövşən İsmayılov saxlanılıb.
Araşdırma zamanı həmin şəxsin martın 10-da avtobuslarda ümumilikdə 2 qadının çantasından mobil telefon oğurladığı müəyyən edilib. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı mobil telefonları satdığını bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
R.İsmayılovun digər şəhər və rayonların ərazisində də analoji cinayətlər etdiyi istisna olunmur.
Son xəbərlər
Son Xəbərlər