“Avtobuslar gecə saat 3-ə kimi işləyib...”

avtobuslar-gece-saat-3-e-kimi-isleyib
Oxunma sayı: 708

IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasimi bitdikdən sonra stadionda olan tamaşaçıların eləcə də digər şəxslərin ekspress xətt avtobusları ilə müəyyən olunmuş istiqamətlərdə daşınması gecə saat 2-dək davam edib.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri BNA-nın mətbiat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, ən axrıncı şəxs stadion ərazisini tərk edənə qədər İctimai Nəqliyyat Terminalı fəliyyət göstərib. Bakı Nəqliyyat Agentliyinin bütün əməkdaşları prosesin səmərəli keçməsi və əhalinin nəqliyyatla operativ təmin edilməsi üçün gücləndirilmiş rejimdə çalışıb. O ki, qaldı gecə saatlarında bəzi marşrut xətləri üzrə avtobusların işləməməsinə bildirmək istəyirik ki, BNA-nın tapşırığı ilə bütün marşrut xətləri üzrə avtobuslar gecə saat 3-ə kimi fəaliyyət göstərib. Lakin bəzi küçə və prospektlərdə yollar məlum səbəblərdən bağlı olduğundan müəyyən gecikmələr olub ki, bu da başa düşüləndir.