Avtobuslarda maska taxmayanlar cərimələndi - Foto

avtobuslarda-maska-taxmayanlar-cerimelendi
Oxunma sayı: 4931

Qazaxda ictimai nəqliyyatda karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunub.

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maarifləndirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. 

Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.