Əvvəllər oturacaq yeri 23-dən az olan mikroavtobuslarla yalnız 150 kilometrə qədər getmək mümkün idi. Yeni dəyşikliklərə uyğun olaraq bu qadağa artıq şəhərlərarası mikroavtobuslara şamil edilməyəcək.
Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı ''Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları''na dəyşiklik edilib. Artıq 150 kilometrdən çox olan rayon və şəhərə, oturacaq tutumu 23-dən az olan mikroavtobuslar hərəkət edəcəklər.
Oturacaq yeri 15 olan mikroavtobuslar uzaq məsafələrə belə Bakı Beynəlxalq Avtovağzaldan sərnişin mindirərək gedirdilər. Bakı Beynəlxalq Avtovağzal kompleksinin növbə rəisi Məhəmməd Abdullayev vəziyyətdən xəbərdar olduqlarını deyir.
Ekspetrlərin sözlərinə görə qadağanın aradan qaldırılması gediş haqqının ucuzlaşmasına səbəb ola bilər. Bunun üçün sahibkarlar yenidən xərcləri hesablayıb ortaq qiymət müəyyənləşdirməlidirlər.
Qeyd edək ki, bu qadağa beynəlxalq marşrutlarda qüvvədə qalıb.
Son xəbərlər
Son Xəbərlər