Avtobusu təhlükəli idarə edən sürücü işdən çıxarıldı

avtobusu-tehlukeli-idare-eden-surucu-isden-cixarildi
Oxunma sayı: 4204

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusu təhlükəli idarə edən sürücü işdən çıxarılıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü Bakı Şəhər Yol Polisinə dəvət olunub.

Sürücü törətdiyi qayda pozuntusuna görə altmış manat və üç bal cərimə olunub və işdən azad edilib.