Avtobusun vurduğu 61 yaşlı piyada öldü

avtobusun-vurdugu-61-yasli-piyada-oldu
Oxunma sayı: 1686

Bakıda marşrut avtobusu ağır qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, Zığ-Hövsan yolunda “Daewoo BS090” markalı avtobus 1963-cü il təvəllüdlü Qəmər Muradovanı vurub.

Ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.