Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, qəza nəticəsində ölən şəxsin kimliyi bəlli olub. O 1984-cü il təvəllüdlü Günel Kərəmovadır.
Belə ki, Fevralın 3-də saat 20:30 radələrində, M.Nərimanov küçəsində Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Kamran Bəndəliyev idarə etdiyi 131 saylı xətt avtobusunda işləyən “Daewoo” markalı avtomobillə 1984-cü il təvəllüdlü Günel Kərəmovanı vurub.
G.Kərəmova aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Nərimanov RPİ İstintaq Şöbəsində araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər