“Avtokapital-Azərbaycan” şirkəti də fonda dəstək oldu

avtokapital-azerbaycan-sirketi-de-fonda-destek-oldu
Oxunma sayı: 1926

Daimler AG konserninin Azərbaycanda Mercedes-Benz brendi üzrə rəsmi distribütoru olan “Avtokapital-Azərbaycan” şirkəti korporativ-sosial siyasətinə sadiq qalaraq, ölkədə elan edilmiş və tətbiq olunan koronavirus pandemiyasına (COVİD-19) qarşı görülən birgə profilaktik tədbirlərə qoşulub.

Planetimizin, demək olar ki, bütün ölkələrini bürümüş və dünyanın hər yerində həyəcan doğuran koronavirus (COVID-19) Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın elan edilməsinə səbəb olub. Bu virusun yayılmasının qarşısını almaq məqsədilə, həmçinin Respublika vətəndaşlarının sağlamlığının qorunması naminə “Avtokapital-Azərbaycan” şirkəti də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşulur və onun 19 Mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 000,00 manat məbləğində vəsait köçürüb.

Fond təhlükəli virusun bütün dünyaya yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin dəstəklənməsi məqsədi ilə yaradılıb və fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr də daxil olmaqla Azərbaycan Respublikasının (AR) dövlət büdcəsindən ayrılmış vəsait hesabına formalaşıbr.

“Qafqazinfo” xəbər verir ki, “Avtokapital-Azərbaycan” şirkətinin baş direktoru Orxan Hacıyev bildirib: “Yaranmış şəraitdə hər kəs üçün çətin olan bu dövrdə biz həmrəylik nümayiş etdirməyin zəruriliyini vurğulamaq istəyirik. Biz AR Prezidenti İlham Əliyevin Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ilə bağlı təşəbbüsünü tam dəstəkləyirik. Öz tərəfimizdən respublika vətəndaşlarının Respublika Nazirlər Kabineti yanında Operativ Qərargahının bütün tövsiyələrinə maksimum diqqət yetirmələri çağırışına da qoşuluruq. Unutmayaq ki, bu təlimatlara əməl etməklə biz virusun sürətli və nəzarətsiz şəkildə yayılması mümkünlüyünü azaldaraq həm yaxınlarımıza qayğı göstəririk, həmçinin, elan edilən tədbirlər vasitəsilə sağlamlığımıza qayğı göstərən dövlətimiz qarşısında vətəndaş şüurumuzu və məsuliyyətimizi nümayiş etdiririk”.