Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb.
Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Lada Priora” markalı nəqliyyat vasitəsinin ağaca çırpılması nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Qubanın Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların adları açıqlanıb.
Qəzada Arif İmamquluyev və Elmar Məmmədov həlak olub, Fərhad İbrahimov, Mustafa Əkbərov və Akif Qurbanov isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdiriliblər.

Son xəbərlər
Son Xəbərlər