“Qafqazinfo” xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, "Mersedes" markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Abşeron rayon sakini Cəlal Əliyev Qusar Mərkəzi Rayon Xəstəxanasında keçinib.
"Mersedes"də olan sərnişin, 1992-ci il təvəllüdlü Beyləqan rayon sakini Rəvan Ağa oğlu Sadaylı isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı Qusar rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.
Son xəbərlər
Son Xəbərlər