Avtomobil kanala aşdı, yaralılar var - Yenilənib

avtomobil-kanala-asdi-yaralilar-var
Oxunma sayı: 1934

Tovuzda minik avtomobili kanala aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.

Hərəkətdə olan “Khazar” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların kimlikləri dəqiqləşdirilir.

***

Hadisə nəticəsində xəsarət alan şəxslərin kimlikləri məlum olub.

Onlar 17 yaşlı yeniyetmələr: sürücü Röyal Tağıyev, sərnişinlər: Yaşar Qasımov, Sənan Qarayev və Süleyman Nəbiyevdir.

Elmar Əli