Avtomobil körpüdən çaya aşdı, bir ailənin üzvləri öldü - Fotolar+Yenilənib

avtomobil-korpuden-caya-asdi-bir-ailenin-uzvleri-oldu
Oxunma sayı: 8741

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq Dasagil körpüsündən çaya aşıb. Nəticədə iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun məlumatına görə, sürücü Məmmədov Elmar Eldəniz oğlu və avtomobildə sərnişin qismində olan Şəki sakini İsmayılova Xədicə Ağəli qızı aldıqları ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüblər.

Avtomobildə olan digər Şəki sakinləri - Məmmədov Eldar Elman oğlu, Məmmədov Elmin Eldəniz oğlu və Məmmədova Günel Ağəli qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, qəzada ölənlər və xəsarət alanlar bir ailənin üzvləridir. 

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ağır yaralanan Məmmədov Eldar Elman oğlu da yerləşdirildiyi xəstəxanada vəfat edib.

Mübariz Muradov