Avtomobil qəzası 2 nəfərin həyatına son qoydu- Kriminal xəbərlər

avtomobil-qezasi-2-neferin-heyatina-son-qoydu-kriminal-xeberler
Oxunma sayı: 665

Mayın 31-i saat 15:30 radələrində Ə.Vəliyev küçəsində yaşayan Hilal Əhədovun mənzilində açar seçmə yolu ilə 1150 manat oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şubhəli bilinən Ramin Abdullayev Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Mayın 31-i saat 16:30 radələrində Binəqədi şossesində Asim Ağayevin idarə etdiyi “Mersedes” markalı avtomobillə Emin Məmmədovun idarə etiyi “VaZ 2107” markalı avtomobil toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən Nicat Əsədov hadisə yerində ölüb, Elvin Quliyev, digər avtomobilin sürücüsü və sərnişinləri – Kəmalə Ağayeva, Gülər Babayeva və Şövkət Ağayeva KTM-ə yerləşdiriliblər.

Mayın 31-i saat 11:20 radələrində Kürdəxanı qəsəbəsində İsayil İbrahimov idarə etdiyi “Kamaz” markalı yük maşını ilə Eltun Məmmədovu vurub, piyada hadisə yerində ölüb.

İyunun 1-i saat 00:15 radələrində Heydər Əliyev prospektində Namiq Nuriyev idarə etdiyi “Daewoo” markalı avtomaşınla Ceyhun Məmmədovu vurmuş, piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Mayın 27-si saat 16 radələrində Mərdəkan qəsəbəsində yerləşən çimərlikdə Məhəmməd Əliyevin mobil telefonunu oğurlayan Bakı şəhər sakini Emil Əliyev mayın 31-də Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Binəqədi RPİ 7-ci və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 177, 180 və 185-ci maddələri ilə axtarışda olan Ramiq Hüseynzadə tutulub.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci maddəsi ilə axtarışda olanlar Elnur Məmmədov və Aşur Kazımov tutulub.

Yasamal RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ARCM-nin 178-ci maddəsi ilə axtarışda olan Vahid Mahmudov tutulub.