Avtomobil su kanalına düşüb - 1 nəfər batıb + Yenilənib

avtomobil-su-kanalina-dusub
Oxunma sayı: 1137

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

“Qafqazinfo” FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində suda batan sürücü, 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun cəsədi dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, əməliyyat saat 05:02-də başa çatıb.