Avtomobil sürətlə çırpıldı, uşaq evin damına düşdü - Video

avtomobil-suretle-cirpildi-usaq-evin-damina-dusdu
Oxunma sayı: 4578

Türkiyənin Kayseri şəhərində dəhşətli qəza baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sürətlə hərəkət edən avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarı ilə gedən ana və iki övladını vurub.

Uşaqlardan biri zərbənin təsirindən yaxınlıqdakı evin damına düşüb.

Hadisə yerinə çağırılan təcili yardım briqadası yaralı uşağa öncə binanın damında ilkin müdaxilə ediblər. Daha sonra yaralı ana və iki övladı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.