Avtomobil yandı

avtomobil-yandi
Oxunma sayı: 1160

Masallı rayonunda yanğın hadisəsi baş verib.

QafqazinfoFövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Banbaşı kəndində qeydə alınıb.

Belə ki, kənddə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.