Avtomobil yaşlı kişini vurub öldürdü

avtomobil-yasli-kisini-vurub-oldurdu
Oxunma sayı: 2048

Oğuzda avtomobil yolu keçən yaşlı kişini vuraraq öldürüb.

“Qafqazinfo”nun  məlumatına görə, hadisə bu gün rayonun Xalxal kəndində baş verib.

Hərəkətdə olan “VAZ-21015” markalı avtomobil yolu keçmək istəyən kənd sakini Lətifov Əlavər Abuzər oğlunu  vurub. Yaşlı kişi aldığı ağır bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov