Avtomobildə narkotik satan şəxs saxlanıldı

avtomobilde-narkotik-satan-sexs-saxlanildi
Oxunma sayı: 1667

Bakıda narkotik satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

Polis mayoru bildirib ki, 77-PC-269 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən 1983-cü il təvəllüdlü Nahid Əliyev saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq cinayət işi başlayıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir.