Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxs xilas edildi - Video

avtomobilde-sixilmis-veziyyetde-qalan-sexs-xilas-edildi
Oxunma sayı: 1560

Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsində xilasedici köməyinə ehtiyac yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, DYMX-nın müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İsuzu” və “QAZ” markalı iki yük avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.