Avtomobildən narkotik vasitə və silah tapılıb

avtomobilden-narkotik-vasite-ve-silah-tapilib
Oxunma sayı: 854


“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Tural Məmmədovun idarə etdiyi “Mersedes” markalı avtomobildən 10,48 qram həşiş, 1 ədəd qumbara, 1 ədəd nömrəsi silinib, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.