Braziliyanın Rio-de-Janeyro şəhərində avtomobil insanların üzərinə sürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli Globo telekanalı məlumat yayıb.
Məlumata əsasən, insident şəhərin Kopakabana sahilində yerli vaxtla saat 20:30-da baş verib. Hadisə nəticəsində azı 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
İlkin məlumata görə, avtomobilin sürücüsü 41 yaşlı Antoniu Almeyda saxlanılıb. O, epilepsiyadan əziyyət çəkdiyini bildirib.


Son xəbərlər
Son Xəbərlər