“Avtomobilin qeydiyyat nişanının 8103-ə göndərilməsinə ehtiyac yoxdur”

avtomobilin-qeydiyyat-nisaninin-8103-e-gonderilmesine-ehtiyac-yoxdur
Oxunma sayı: 5340

“Hazırda 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev yayıb. O bildirib ki, sistemlə əlaqəli hər hansı bir yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək:

“Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur”.