Misirdə 9 nəfərin ölməsi, 15 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun “Youm7” portalına istinadən məlumatına görə, minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində yaşanan qəza Asuan-Qahirə yolunda qeydə alınıb. Məlumata görə, hadisə nəticəsində ölənlərin çoxu Asuan universitetinin tələbələridir.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər