Avtomobillə qadını vurub öldürdü

avtomobille-qadini-vurub-oldurdu
Oxunma sayı: 3167

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Asim Məmmədov idarə etdiyi “Mercedes C230” markalı avtomobillə yolu keçmək istəyən Sevda Ağamoğlan qızı Sultanovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.