Avtomobillər toqquşdu, 2 azyaşlı xəsarət aldı - Fotolar

avtomobiller-toqqusdu-2-azyasli-xesaret-aldi
Oxunma sayı: 1223

Gəncədə iki azyaşlının xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “Mercedes”lə “Zaporojet”in toqquşması nəticəsində 7 yaşlı Hüseyn Həsənov və 1 yaşlı Şahnaz Mamedova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdrma aparılır.

Elmar Əli