Avtomobillər toqquşdu - Yol kənarında dayanan şəxs xəsarət aldı

avtomobiller-toqqusdu
Oxunma sayı: 2482

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qoxmuq kəndində qeydə alınıb.

Belə ki, “NİSSAN” və “VAZ” markalı iki minik avtomobili toqquşub, hadisə zamanı avtomobillərdən biri yol kənarında dayanan 1979-cu il təvəllüdlü Davudov Qəhrəman Şamil oğlunu vurub.

45 yaşlı Q.Davudov bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mübariz Muradov