Avtomobillərdən oğurluq edənlər tutulub

avtomobillerden-ogurluq-edenler-tutulub
Oxunma sayı: 708

13 avtomobildən pul, maqnitafon və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Vüqar Hamzəyev və İlkin Bünyadov tutulublar.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-dən martın 10-dək olan müddətdə Gəncə şəhəri ərazisində 13 avtomobildən pul, maqnitafon və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüqar Hamzəyev və İlkin Bünyadov tutulublar.