Tovuzda avtoservisdə yanğın olub.
“Qafqazinfo”nun xəbərinə görə, şəhərin Heydər Əliyev prospektində yerləşən Elburus Həsənova məxsus avtomobil təmiri sexində yanğın baş verib.
Hadisə yerinə FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 200 kvadrat metrlik 3 boksun 150 kvadrat metri, həmçinin təmir sexində olan “Mercedes” markalı mikroavtobus və “Renault Megane” markalı minik avtomobili yanıb.
Təmir sexinin qalan hissəsi yağından mühafizə edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Elmar Əli


Son xəbərlər
Son Xəbərlər