Avtoşlar həbs olundu- - Bakıda

avtoslar-hebs-olundu-
Oxunma sayı: 7525


DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, mart ayının 21-də Nazim Cəfərov idarə etdiyi “Ford” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Səbail rayon məhkəməsi N.Cəfərovu 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edib və barəsində 500 manat cərimə inzibati tənbeh növü tətbiq edilib.

Mart ayının 20-də Rövşən Rəşidov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. R.Rəşidov 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 1 ay həbs inzibati tənbeh növü tətbiq edilib.

Murad Əhməd