Avtoşluq etdiyi görüntüləri sosial şəbəkədə yaydı - Həbs olundu

avtosluq-etdiyi-goruntuleri-sosial-sebekede-yaydi
Oxunma sayı: 2578

Ağcabədidə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan sürücü həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində “Vaz” markalı avtomobillə yol-hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən və həmin görüntüləri sosial şəbəkədə yayan sürücü S.Rəhimovu saxlayıblar.

Onun barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən S.Rəhimovun sürücülük hüququ 1 il məhdudlaşdırılıb və o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.