“Avtovağzal” stansiyasına yağış yağdı

avtovagzal-stansiyasina-yagis-yagdi
Oxunma sayı: 4267

Yeni istifadəyə verilmiş “Avtovağzal” metrostansiyasının çatışmazlıqları elə ilk yağışda üzə çıxdı.

"Qafqazinfo" gün.az-a istinadən xəbər verir ki, Bakıda axşam saatlarında başlayan və getdikcə güclənən yağış nəticəsində “Avtovağzal” metrostansiyasının içərisinə su dolur.

Xüsusilə, metrostansiyanın giriş-çıxış hissəsində suötürücü qurğuların olmaması nəticəsində yağış suları artıq eskalatora çatıb.

Eskalatoru su basması sərnişinlərin hərəkətinə ciddi çətinliklər törədib.