Avtovağzal yolu mayda açılacaq- - Fotolar

avtovagzal-yolu-mayda-acilacaq-
Oxunma sayı: 1659


"Qafqazinfo" xəbər verir ki, "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, ümumi uzunluğu 1070m olan yolda 445m uzunluğunda 15 aşırımdan ibarət estakada da inşa olunub. Hazırda estakada üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi və asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir. Layihənin may ərzində istifadəyə verilməsi planlaşdırılır.

Sözügedən yol istifadəyə verildikdən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna manesiz çıxa biləcəklər.