Bununla bağlı olaraq artıq Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçib.
“Qafqazinfo”nun xəbərinə görə, “M-Trans” MMC-nin növbə rəisi Məhəmməd Abdullayev ANS TV-yə açıqlamasında bildirib ki, bölgələrə əlavə reyslər müəyyən edilib, amma biletlərn qiymətində dəyişiklik gözlənilmir.
“Dünəndən başlayaraq gücləndirilmiş iş rejiminə keçmişik. 520-ə yaxın nəqliyyat vasitəsi yola salmışıq. Bu nəqliyyat vasitələrindən 3 mindən çox sərnişin istifadə edib. Bu günkü gündə isə 600 nəqliyyat vasitəsi yola salacağıq. 15 mindən artıq sərnişinin də bölgələrə getməsi nəzərdə tutulub. Gördüyünüz kimi bütün istiqamətlər marşrut avtobusları ilə təmin olunub. Sərnişinlərin yola salınmasında, nizam-intizamın qorunmasında heç bir problem yoxdur”, - deyə Məhəmməd Abdullayev bildirib.
Son xəbərlər
Son Xəbərlər