Avtovağzaldan maşın qaçırılıb

avtovagzaldan-masin-qacirilib
Oxunma sayı: 4504

Bakıda avtovağzaldan maşın qaçırılıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 7-də Beynəlxalq Avtovağzal Kompleksi ərazisindən Bakı şəhər sakini O.Məmmədova məxsus “VAZ-2104” markalı avtomobili qaçırılıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini K.Mikayılov Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.