Avtoxuliqanlıq edən sürücü həbs olundu - Fotolar + Video

avtoxuliqanliq-eden-surucu-hebs-olundu
Oxunma sayı: 3032

Gəncədə polis əməkdaşlarının keçirdiyi reyd zamanı şəhər sakini, 24 yaşlı Eltun Həmidlinin idarə etdiyi “VAZ 2115” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən E.Həmidli sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib.