AXCP Gənclər Komitəsinin sədrinin bu gün məhkəməsi var

axcp-gencler-komitesinin-sedrinin-bu-gun-mehkemesi-var
Oxunma sayı: 893


"Qafqazinfo" Azadlıq qəzetinə istinadən xəbər verir ki, polis əvvəlcə AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənlini saxlayıb. və Bəhruz Həsənliyə 20 sutka həbs cəzası verilib.

Bəhruz Həsənlidən bir qədər sonra AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli saxlanılıb. Ona isə 15 sutka həbs verilib.

Daha sonra AXCP Gənclər Komitəsinin sədri Ilham Hüseyn və gənc cəbhəçi Taleh Səmədov da polisə aparılıb. Ilham Hüseyn 2 saylı polis bölməsindədir. 

Daha bir gənc cəbhəçi Fuad Əhmədlinin evinin qarşısında isə polis postu qurulub.

Aldığımız son məlumata görə, sabah saat 10-da Ilham Hüseynin məhkəməsi olacaq.