Bunu Modern.az-a AXCP sədrinin müavini Razi Nurullayev deyib. O, bildirib ki, AXCP-nin bələdiyyə seçkilərində iştirakı ilə bağlı hələ qərar verilməyib. Amma bu məsələni partiya istənilən zaman müzakirə edə bilər.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə iki partiya arasında əməkdaşlıq haqqında hələlik heç nə deyə bilməyəcəyini söyləyib: “Biz seçkidə iştirak etmək haqqında qərar vermişik. AXCP-nin isə belə bir qərarı hələ yoxdur. Əgər AXCP-nın belə qərarı olmayacaqsa, təbbi ki, burda hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Qərar verilərsə, təklif gələrsə müzakirələr aparmaq mümkündür”.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2014-cü ilin dekabr ayında keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər