AXCP-nin qərargahı ilə bağlı hesabat

axcp-nin-qerargahi-ile-bagli-hesabat
Oxunma sayı: 792


 “Qafqazinfo” xəbər verir ki, Mehman Əliyev bildirib ki, təhqiqat qrupu ekspert ve jurnalistlərden təşkil olunub. Təhqiqat qrupunun rəhbəri Əfqan Muxtarlı hesabatı təqdim edib. Hesabat 9 bənddən və bir tövsiyyədən ibarətdir. Sənəddə bildirilir ki partlayışdan sonra polis və FHN nümayəndələrinin dərhal gösterdiyi reaksiya sanki "bu hadisə gözlenilen idi" tövrünə uyğun olub. Bu isə şübhəyə əsas yaradır: “O da gösterilir ki, partlayış binanın fundamental divarlarına zərər vurmayıb və ya bu zərərlər kosmetik olub. Partlayış yerində görünən qaz balonuna baxış onu aşkarlayıb ki, o köhnə olub, ora atılmış və partlayışdan çıxmışa qəti oxşamayıb. Partlayış gününə qədər süpürlməyən küçə nədənsə həmin gün dərhal süpürülüb, bu isə daha çox partlayışın izin itirilməsinə köməyə hesablanan addım kimi başa düşülür. Partlayışın mənşəyi barədə hələ də rəsmi açıqlama yoxdur. "

Hasabatda bildirilir ki, binanın sökülməsi ilə bağlı verilən rəyi hüquqşünaslar əsassız sayır.

Müzakirədə AXCP sədri Əli Kərimli, mülkün sahibi, hüquqşünaslar da iştirak edib.