Bu barədə "Qafqazinfo" ya AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, hazırda icra hakimiyyətindən, polisdən və FHN-dən gəlmiş adamlar qərargahdadırlar. FHN-nin qərarına əsasən bina qəzalı vəziyyətdədir. Ona görə də, ofis boşaldılmalıdır.
***
Nərimanov Rayon İcra başçısının müavininin tapşırığına uyğun olaraq hazırda cəbhəçilərə binanı boşaltmaq əmr edilib. Onlar isə qərargahın sahibi gələnə, yəni saat 4-ə qədər gözləyəcəklərini bildiriblər.
***
Musavat.com-un məlumatına görə, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov son qərarı açıqlayıb: bina söküləcək. Hazırda polis əməkdaşları qərargahın qarşısından keçən yolu bağlayıblar.
***
Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Facebook hesabında Nərimanov İcra Hakimiyyətinin başçısının sərəncamının fotosunu da yayımlayıb. Məlumatda bildirilir ki, bina qəzalı vəziyyətdə olduğu üçün sökülməsi ilə bağlı qərar qəbul edilib.
***
Artıq partiya əməkdaşları qərargahı boşaldır və əşyaların daşınmasına başlayıblar.
Son xəbərlər
Son Xəbərlər