“Qafqazinfo” xəbər verir ki, mart ayının 3-ü gecə saat 4 radələrində AXCP-nin müvəqqəti qərargahının yerləşdiyi Nərimanov rayon Tələt Şıxəliyev küçəsi-8 ünvanında binanın zirzəmisində mənşəyi məlum olmayan partlayış baş verib. Partlayış binanın zirzəmisində baş versə də, AXCP-nin qərargahına müəyyən ziyan dəyib: “Bununla belə narahatedici məqamlar kifayət qədərdir. AXCP geniş ictimaiyyətin bu məlumatlardan xəbərdar olmasını vacib sayır və aşağadakı xüsusları diqqətinizə çatdırır.
Hadisə yerinə baxış keçirən FHN-in ilkin rəyində göstərilir ki, ( qeyd edək ki, məlumatda tarix 2 mart olaraq göstərilib) hadisə zirzəmidə yerləşən bərbərxanadaki propan balonunun partlaması nəticəsində baş verib. Bərbərxananın icarədarı və sahibkarı isə video müsahibələrində bildirirlər ki, sözügedən yerdə nəinki qaz balonu hətta qaz xətti belə olmayıb. Onlar partlayış yerindəki balon parçalarının hətta obyektin yaxınlığında belə görmədiyini deyiblər.
Bundan əlavə ictimaiyyətin diqqətinə çadırırıq ki, mənzil qərargahı AXCP-yə icarə verən sahibkar partiya rəhbərliyi ilə telefon danışıqlarında və mətbuata açıqlamasında bildirib ki, partlayış təsadüfi deyil və ona bu barədə öncədən açıq xəbərdarlıqlar edilib. Ona bildirilib ki, AXCP-ni binadan çıxarmaq lazımdır, bu barədə İlham Əliyevin birbaşa göstərişi də var. O bildirib ki, nəyin bahasına olursa olsun, AXCP o binadan çıxarılmalıdır, yoxsa binada yanğın və ya partlayış ola bilər. Sahibkar eyni zamanda övladları ilə təhdid edilib. AXCP bəyan edir ki, bütün bu detallar baş verən hadisənin AXCP-yə qarşı hazırlanmış təxribat olduğunu sübut edir.
Olaya dövlət orqanlarının səhlənkar yanaşması bir daha onu göstərir ki, olay AXCP-nin qərargahdan çıxarılmasına hesablanıb. AXCP bəyan edir ki, hadisə yerinə baxış keçirilib və bina istifadəyə yararlıdır. Hadisə ilə bağlı şahidlərin və digər şəxslərin açıqlamaları mediaya təqdim olunub. AXCP yerli və beynəlxalq ictimaiəti baş verən hadisəni geniş araşdırmağa, diqqətdə saxlamağa çağırır. Bəyan edir ki, siyasi rəqiblərə qarşı bu cür terror metodları ilə mübarizə aparmaq, ölkədə terrorin rəsmiləşdirilməsi kimi təhlükəli bir vəziyyət yaradır”.
Son xəbərlər
Son Xəbərlər