Hikmət Carçılı mətbuata səsləndirdiyi bəyanatında bildirib ki, son bir ayda AXCP GK-nin fəalları tərəfindən “Yeni Müsavat” qəzetində məqalələr yazdığına görə, hər gün təhqir obyektinə çevrilib: “Facebook-da divarımda şəxsimə olan təhqirlər, inboksuma yazılan dəxlisiz məktublar bir son bulmadığına görə partiyanın GK-nin Ali Məclisinin üzvlüyündən və GK-nin Qazax rayon təşkilatının sədrliyindən istefa verirəm.
İstefa verən AXCP üzvü onu da bildirib ki, artıq ona qarşı yönələn təhqirlərdən usanıb: “Əvvəllər də mənə bu kimi məktublar daxil olub. Dəfələrlə "satqın", "hakimiyyətin köləsi", "Rauf Arifoğlunun peşkası" kimi ittihamlarla üzləşmişəm. Ancaq Rauf Arifoğlu cəbhəçi olduğumu, Əli Kərimlinin partiyasında təmsil olunduğumu bilə-bilə məni işə götürmüşdü və "səndən sadəcə yazı tələb edirəm", - demişdi”.
AXCP GK-nə üzv olrkən, tamamilə başqa cür düşündüyünü deyən Orhun eyni zamanda bildirib ki, əslində, Əli Kərimlinin partiyasında ümumiyyətlə, demokratik mühit mövcud deyil: “AXCP-nin GK-nə üzv olanda hər şeyi tamam başqa cür düşünürdüm: demokratiya bu adamlarla əldə olunar-filan. Amma sən demə, heç partiyadaxili demokratiya belə yox imiş bunların təfəkküründə. Əbülfəz Elçibəy sevgisi isə ümumiyyətlə...Mən Elçibəyin ruhuna xatir gəldim AXCP-yə. Elçibəyin ruhuna xatir də, tərk edirəm. Çünki AXCP GK-i deyilən bir yerdə gənclər üçün Əbülfəz Elçibəy, Məmməd Əmin Rəsulzadə deyil, Əli Kərimli yolu öndə gəlir".
Son xəbərlər
Son Xəbərlər