AXCP üzvünün saxlanılması xəbəri ilə bağlı - Açıqlama

axcp-uzvunun-saxlanilmasi-xeberi-ile-bagli
Oxunma sayı: 2944

“AXCP Yevlax rayonun təşkilatının üzvü Hüseynzadə Nəsib Yusif oğlunun tərəfimizdən saxlanması və 9-cu polis bölməsinə aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”. 

"Qafqazinfo"nun məlumatına görə, bunu Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“Heç bir dəqiqləşdirmə aparmadan yayılıb, iddialar dezinformasiyadır”, - deyə o, bildirib.