AXCP üzvünün üçmərtəbəli evi yandı- - Fotolar

axcp-uzvunun-ucmertebeli-evi-yandi-
Oxunma sayı: 3098


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, üçmərtəbəli evdə yanğın bu gün saat təqribən 17:00-da baş verib. 

Dərhal FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları çağırılsa da, onlar yoldakı tıxac səbəbindən hadisə yerinə gec çatıblar. Bu  səbəbdən də yanğın daha da böyüyərək, 110 kvadratmetrlik ərazini əhatə edib. 

Lakin qonşuluqda su ilə dolu su maşınının olması yanğının daha da böyüməsinin qarşısını alıb. 

Belə ki, FHN əməkdaşları gələnə qədər qonşular yanğına müdaxilə edərək, onun aşağı mərtəbələrə keçməsinin qarşısını alıblar. Daha sonra FHN əməkdaşları qısa müddətə yanğını tamamilə söndürməyə nail olublar. 

Yanğın nəticəsində evdə olan mebellər və digər məişət əşyaları yanaraq, yararsız düşüb. 

Ev sahibi Arif Alışlı deyib ki, yanğının qısa elektrik qapanmasından baş verməsi ehtimal edilir: 

“Dəqiq səbəbini hələlik bilmirik. Ancaq ilkin ehtimala görə, qısa qapanmadan baş verib. Yanğın başlayan zaman mən evdə elektrik naqillərini təmir edirdim. Birdən evin damında yanğın başladı. Səbəbini tam olaraq, bilmədim”.