“Axı kim iş görsün?”- - Əli Kərimli

axi-kim-is-gorsun-
Oxunma sayı: 1634


“Qafqazinfo” xəbər verir ki, bu sözləri AXCP sədri Əli Kərimli Milli Şuranın bu günki iclasında səsləndirib.

Əli Kərimli qeyd edib ki, müxalifətin birləşməsinə açar faktor kimi baxırdıq: “Müxalifət birləşsə bir qütblü istiqamətdə hərəkət etsə həmçinin beynəlxalq dəstəyi də artırmış ola bilər. Müxalifətin bir arada olması məsələnin avtomatik həlli deyil. Təəssüf edicidir ki bu yola çıxdığımız həmkarlarımızın hamısı ilə davam edə bilmirik. Hər dəfə kimsə bizi tərk edəcəksə bu bizdə tərəddüdmü yaradacaq? Hansısa səbəbdən kimsə yarı yolda fikrini dəyişib. Milli Şura fərdlərin qurumudur. Burda təsadüfi adam yoxdur. Cəmiyyətə verdiyimiz mesaj o olmalıdır ki, biz yolumuzda sabit qədəmik. Milli Şuranın hədəfləri bizə məlumdur. Avtoritar rejimdən demokratiyaya keçidi təmin etməkdir. Hər dəfə deyirlər ki, biz yaxşı işləyə bilmirik. Axı kim iş görsün? Biz neçə müddətdir ki, Milli Şuranın sədrinə o səlahiyyəti yaratmamışıq ki, sessiya arası dövrdə bir qurum formallaşsın. Müzakirə aparsın. AXCP bundan sonra da təmənnasız şəkildə Milli Şura üçün fəaliyyətini davam etdirəcək. Milli Koordinasya Şurası yaratmağı təklif edirəm. Məncə biz bu gün bunu yarada bilərik. Milli Şura növbəti mərhələyə keçə biləcək. Lap Milli Şuranı dağıtsaq da, bizli-bizsiz bu sülalə hakimiyyəti qalmayacaq. Siz bunların parıltısına inanmayın. Azərbaycan hər gün pozitivə doğru dəyişir. Müvəqqəti məyusluq geniş ruh yüksəkliyi yaratmasın”.