Axın hərəkatının həbs edilən siyasi fəalla bağlı- - bəyanatı

axin-herekatinin-hebs-edilen-siyasi-fealla-bagli-
Oxunma sayı: 1230


“Qafqazinfo” həmin bəyanatı təqdim edir:

Dünən günorta saatlarında Axın hərəkatının həmtəsisçisi Ömər Məmmədov bir qrup şəxs tərəfindən saxlanılıb. Daha sonra Ömər Məmmədov məlumat verilmədən bilinməyən bir yerə aparılıb. 

Bu hadisə ilə bağlı ailəsi, dostları, həmçinin media nümayəndələri gün ərzində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə, eyni zamanda nazirliyin “102” Qaynar Xətt xidmətinə məlumat verib, Ömər Məmmədovun kimlər tərəfindən həbs edildiyinin və ya oğurlandığının araşdırılması və onun harada saxlanılması haqqında məlumat verilməsini tələb ediblər. Lakin aiddiyyatı orqanların heç biri gün ərzində Ö.Məmmədovun hansı qurum tərəfindən həbs edildiyi və ya oğurlandığı və onun harada saxlanılması ilə bağlı məlumat yaymayıb. İctimaiyyətin baş verən bu hadisə ilə bağlı 1 sutkadan artıq məlumatsız qalması, Ö.Məmmədovun həmin gün ərzində faktiki olaraq oğurlandığı fikrinin ciddiləşməsinin ardından, nəhayət bu gün Ömər Məmmədova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsiylə cinayət işi açılması və barəsində həbs qəti-imkan tədbiri seçilməsi və hazırda Şüvəlandakı təcridxanada saxlanılması haqqında açıqlama verilib. 

Qeyd edək ki, Ömər Məmmədovun oğurlanaraq, 1 sutkadan artıq gizlədilməsi və baş verən qanunsuzluqla bağlı məsuliyyəti heç bir dövlət qurumunun üzərinə götürməməsi qanunla qadağandır. 

Axın maarifçı hərəkatı adından bəyan edirik, Ömər Məmmədov ilə bağlı cinayət işi açılması ehtimalını nəzərə alaraq, məsələnin son ana qədər diqqətdə saxlanılmasının zəruriliyini qeyd edərək, bu qanunsuz həbsi pisləyir və bütün beynəlxalq və yerli təşkilatlardan, hüquq müdafiə institutlarından bu məsələ ilə maraqlanmağı, obyektiv mövqe nümayiş etdirmələrini gözləyirik.